REPLİKA - “Biz teatrlara getsəydik…”

“Ədəbiyyat və incəsənət” portalı REPLİKA rubrikasında sizlərə tanınmış yazar, naşir, alim və pedaqoq Şəmil Sadiqin fikirlərini təqdim edəcək. 

 

 

Ötən gün Ümüd Abbas Nihaninin dəvəti ilə rejissoru olduğu “-1” tamaşasına baxdıq! Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən əsəri çox bəyəndim. 

 

Səhnədə cəmi iki nəfərin iştirak etməsinə baxmayaraq, tamaşa tamaşaçını yormadı, “mənə bax” dedi. 

Həm aktyorların, həm də rejissorun gənc olması adamı gələcəyə həvəsləndirir. İndi təsəvvür edin ki, biz teatrlara getsə idik, zallar doıub daşsa idi, bu gənclər daha nələr edərdilər. 

Ümumiyyətlə, region teatrlarımız adamı daha çox sevindirir və təəccübləndirir! 

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.