Lənkəran kollecində ədəbi görüş keçirilib

Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri ilə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əyyub Türkayın görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Əyyub Türkayın verdiyi məlumata görə, kollecin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq keçirilən görüşdə Əyyub Türkay qələmə aldığı müxtəlif poeziya nümunələrini iştirakçılar üçün ifa edib, tələbələri maraqlandıran sualları cavablandırıb. 

Daha sonra o, müəllifi olduğu "BALACALARIN ŞEİR ÇƏLƏNGİ", "SOVQAT" və "BALACA QƏHRƏMANLARIM" adlı kitablarını kollecin direktoru Leyla İbrahimovaya təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.