DOST İnklüziv İnkişaf va Yaradıcılıq Mərkəzində Gənclər Günü qeyd olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DOST İnklüziv İnkişaf va Yaradıcılıq Mərkəzinin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sevilən müğənni va bəstəkar Murad Arif 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Mərkəzin qonağı olub. Müğənni yaradıcılıq studiyalarında təlim prosesini izləyib, audio-səsyazma studiyası ilə tanış olub, həmçinin sevilən hitlərini Mərkəzin benefisiarları ilə birlikdə səsləndirib.
Daha ətraflı bu linkdən izləmək olar.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)