YARAT-da “Balıqçının qızı” filminin premyerası olub
Aprelin 24-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor və ssenarist İsmayıl Səfərəlinin "Balıqçının qızı" tammetrajlı debüt filminin premyerası olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin prodüseri Mariya İbrahimovadır. Film Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirə keçiriləcək. Ekran əsəri 1 saat 28 dəqiqədir. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayiş olunub.
Film haqda daha nə demək olar? Cinex(Azərbaycan) və “Non-stop prodakşn “(Rusiya) kinoşirkətlərinin birgə çəkdiyi “Balıqçı qızı” bədii filmi 42-ci Moskva Beynəlxalq Kinofestivalının (MMKF) 1-8 oktyabr 2020-ci il tarixlərində keçirilən əsas müsabiqəsinin proqramında iştirak edib.
Filmin ssenari müəllifləri – Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, rejissor İsmayıl Səfərəli, operator – Şandor Berkeşi, quruluşçu rəssam – Sergey Zaykovdur. Rollarda Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.
İsmayıl Səfərəli 2003-cü ildə Duke Universitetini (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və 2015-ci ildə Moskva Yeni Kino Məktəbində kinorejissorluq üzrə magistr dərəcəsi alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb, 3 qısametrajlı filminin prodüseri və rejissorudur, “Gecə qabarması” tammetrajlı bədii filminin həmmüəllifidir. Həmin ekran əsəri 2017-ci ilin iyulunda Karlovı Varı Film Festivalının intensiv proqramına qatılmaq üçün digər 6 layihələrlə seçilib. Bundan başqa, onun filmoqrafiyasına “Təkbətək” (2014), “Yuki üçün layla (2015) və “Əmin-amanlıq dənizi” (2017) qısametrajlı filmlər daxildir.
Dedikcə uğurlu kino xadimidir, “Balıqçının qızı” da dedikcə uğurlu filmdir.
Şəkildə: Filmdən kadrlar
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)