Avropa kino bayramına hazırlaşır. Avqustun 31-dən sentyabrın 10-dək davam edəcək 79-cu Venesiya Film Festivalının başlanğıcına sayılı günlər qalır. Və ötən gün festivalın proqramına daxil ediləcək filmlərin siyahısı açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, bu il bir çox görkəmli rejissorlar yeni filmlərini ilk dəfə Venesiyada tamaşaçılara təqdim edəcəklər. Festival amerikalı aktyorlar Nuh Baumbax, Adam Driver və Greta Gervigin baş rollarda yer aldığı "Ağ səs-küy" filmi ilə açılacaq.
Həmçinin əsas müsabiqədə Luka Quadaqnino və Timotey Çalameti yenidən bir araya gətirən "Sümüklər və Hamısı" filmi, kubalı gənc aktyor Ana de Armasın Merilin Monro obrazını canlandırdığı və Endryu Dominik tərəfindən çəkilmiş "Sarışın" filmi əsas favorit hesab edilir, amma Darren Aronofski, Alejandro Qonzales İnyarritu və Cəfər Pənahi kimi bir çox usta rejissorları da diqqətdən kənarda qoymaq olmaz.
Tamaşçılar və kinokritiklər isə ulduz ifçıları gözləyirlər, onlardan biri də Penelope Kruzdur.
Penelope Kruz 2021-ci ildə “Paralel Analar” filminə görə “Volpi” Kubokunu qazandıqdan sonra 79-cu Venesiya Film Festivalına iki yeni filmilə qayıdır. Və ispaniyalı aktrisa festivalda İtaliya istehsalı olan “L'inmensitá” və “En los márgenes” adlı ispan filmlərilə təmsil olunacaq
Qeyd edək ki, 79-cu Venesiya Film Festivalının münsiflər heyətinin prezidenti amerikalı aktrisa Culian Murdur.