“Hörümçək adam: evə yol yoxdur"filminin rəsmi treyleri təqdim edildi

Neçə vaxtdır ki, kinosevərlər məşhur “Hörümçək adam” filminin Marvel kinokompaniyası tərəfindən istehsal olunmuş yeni seriyasını səbirsizliklə gözləməkdədirlər. Dünən Hollivud filmi treyler nümayişi ilə rəsmən təsdiqlədi.
Kinostudiya treyleri vaxtından əvvəl  göstərdi, belə ki, bir neçə gün əvvəl internetdə onun pirat versiyası peyda olmuşdu.
Filmin rejissoru John Watts- dır. Yeni "Hörümçək adam" da Tom Holland, Zendeyys, Marisa Tomey, Benedikt Kamberbetç, Dj. Simmons, Engauri Rays və başqaları rol alıblar.
Filmin premyerası dekabrın 16-na planlaşdırılır.

Şəkildə: treylerdən fraqmentlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.