Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev Avropa Film Akademiyasının üzvü seçilib. “Azərbaycanfilm” kinostudiyasından bununla bağlı məlumat yayılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Avropa Film Akademiyası 1989-cu ildə Avropa Film Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb. Berlin şəhərində fəaliyyət göstərir.