Kann kinofestivalının fəxri "Qızıl palma budağı" ilə təltif ediləcək şəxsin adı açıqlandı Featured

 

Festivalın baş direktoru Tierri Fremo bildirib ki, bu şəxs Forest Uitakerdir, “Onun parlaq filmoqrafiyası gənc nəslə verdiyi inam və diqqətlə uzlaşır"

 

Amerikalı aktyor, rejissor və prodüser Forest Uitaker 17-28 may tarixlərində Fransanın Kəhraba sahilində keçiriləcək Kann kinofestivalının "Qızıl palma budağı"nı alacaq. Bu barədə cümə günü kinofestivalın mətbuat xidməti məlumat yayıb. "Forest Uitaker 75-ci Kann kinofestivalının fəxri "Qızıl palma budağı"nın sahibi olacaq. Bu mükafat onun parlaq yaradıcılıq yoluna və aktual məsələlərə sadiqliyinə töhfə olacaq",- deyə mətbuat xidmətindən qeyd ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, müxtəlif illərdə  “Qızıl palma budağı"na Janna Moro, Bernardo Bertoluççi, Ceyn Fondu, Jan-Pol Belmondo, Alen Delon layiq görülmüşlər. Mükafat 2021-ci ildə amerikalı aktrisa Codi Fosterə təqdim edilib. 

"Mənim üçün yalnız Kanna qayıtmaq, öz əsərlərimi göstərmək və digər rejissorların yaradıcılığından ilham almaq tək şərəf deyil, həm də bu mükafatı almaq böyük şərəfdir", - deyə Uitaker qeyd edib.

Öz növbəsində, festivalın baş direktoru Tierri Fremo vurğulayıb ki, "Forest Uitakerin parlaq filmoqrafiyası onun gənc nəslə verdiyi inam və diqqət ilə uzlaşır".

Qeyd edək ki, Uitakerin hesabında 70-dən çox filmdə rol alması var. Onun iştirakı ilə ən məşhur filmlər arasında Kevin McDonaldın "Şotlandiyanın son kralı" filmi (The Last King of Scotland, 2006) xüsusi rol oynayır. Bu filmdə oynadığı rola görə Uitaker 2007-ci ildə "İlin ən yaxşı aktyoru" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Kino tənqidçilərinin yüksək qiymətləndirmələrinə onun Li Denielsin "Butler" (The Butler, 2013) filmində oynadığı, Coel Şumaxerin "Telefon köşkü" (phone Booth, 2002) trillerində oynadığı, Deni Vilnyevin "Varış" (Arrival, 2016) filmində oynadığı rollar da layiq görülüb.

 1989-cu ildə Uitaker caz saksofonçusu Çarli Parkerə həsr edilmiş "Quş" (Bird, 1988) filminə görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Bir sözlə, Forest Uitaker 75-ci Kann kinofestivalının fəxri "Qızıl palma budağı"na layiqdir. 10 gündən sonra fəxri mükafat onun mükafatlar dolabını bəzəyəcək.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.