Amerikanın nüfuzlu Kino Aktyorları Gildiyası əsas mükafatçılarını elan edib Featured

 

Ötən gün ABŞ-ın Kino Aktyorları Gildiyası (Screen Actors Guild Award, SAG) rejissor Siana Hederin “CODA: Kar valideynlərin övladı (“CODA: A child of deaf parents”)

ekran əsərinə gildiyanın əsas mükafatını təqdim edib.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinad edərək xəbər verir ki, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” kateqoriyalarında mükafatın qalibləri aşağıdakılar olublar: Uill Smit - “Kral Riçard” (King Richard) filminə görə, Vinus Vilyams və Cessika Çesteyn - “Temmi Feyin gözləri” (The Eyes of Tammy Faye) filminə görə.

Qeyd edək ki, ABŞ-ın Kino Aktyorları Gildiyası 1933-cü ildə yaradılıb və kino və televiziya aktyorlarının və bu sənayedə çalışan digər yaradıcı insanların maraqlarını təmsil etməkdədir. 

Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib. O vaxtdan indiyədək hər il aktyorluqda yüksək nailiyyətlər əldə etmiş şəxslər üçün fəxri mükafatların təqdimetmə mərasimi keçirilir. 

Vaxt olaraq həmişə fevralın son günləri seçilir.

 

Şəkildə: Qalib filmdən fraqment.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.