Polşalı rejissor Frans Kafkanın həyatından bəhs edən film çəkəcək

Polşa kinematoqrafının böyük rus yazıçısı Dostoyevski barədə film çəkməsi barədə oxucularımızı məlumatlandırmışdıq. 

TASS agentliyinə istinadən bildiririk ki, “Oskar” mükafatına namizəd olan polşalı rejissor Aqneşka Holland XX əsrin ən az tədqiq edilən və ən qəribə tale yaşayan yazıçılarından biri olan Frans Kafkanın bioqrafiyasını ekranlaşdıracaq.

Adı “Kafka” olacaq filmin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq. Təbii ki, filmin ən dramatik hissəsi Frans Kafka- Yelena münasibətləri, Kafkanın 40 yaşında dünyadan köçməsinə səbəb olan ağır xəstəliyinin gətirdiyi məhrumiyyətlərdir. 

Xatırladaq ki, Frans Kafka 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamış yəhudi əsilli çex yazıçısıdır. “Çevrilmə” povesti ilə dünya şöhrəti tapmış yazıçını Azərbaycanda da sevə-sevə oxuyurlar. 

 

Şəkillərdə: Frans Kafka (qapaq şəkli) və Aqneşka Holland (alt şəkil).

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.