Dünya kinosunun yeni şedevrinin premyera vaxtı müəyyənləşdi

Frenk Herbertin eyniadlı elmi - fantastik romanı olan "Dyünlər"in ssenarisi əsasında ərsəyə gələn filminin yeni treyleri cümə günü Warner Bros kinokompaniyasının Rəsmi YouTube kanalında nümayiş olundu. Filmin dünya premyerası isə sentyabrın 3-də Venesiya kinofestivalı çərçivəsində baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı Week-end dərgisinə istinadən bildirir ki, filmdə baş rolu Timothy Shalama ifa edir. Filmdə Rebekka Ferguson, Oskar Ayzek, Zendeya, Coş Brolin, Ceyson Momoa, Stellan Skarsgard və Xavyer Bardem də çəkiliblər. Filmin rejissoru Deni Villenevdir.
Film macəra-ekşn janrındadır. Kino kritikləri prokat zamanı ona ağlasığmaz gəlir vəd edirlər.

Şəkillərdə filmdən fraqmenti görürsünüz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.