Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (1918-1944) məhz ovaxtkı Yuqoslaviyanın indiki Sloveniya ərazilərində partizanlıq etmişdi.
Sloveniyanın Nova-Qoritsa şəhərində Mixayloya həsr edilmiş “Uzaq sahillərdə” bədii filmi ilk dəfə sloven dilində nümayişi olunub.
Mehdi Hüseynzadənin vəfatının 80 illiyinə həsr olunmuş tədbir Şempas qəsəbəsinin mədəniyyət mərkəzində keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə tərcümə edilmiş filmin nümayişi Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə reallaşıb. Filmi tamaşaçılara AKİ-nin katibi Tahir Tahiroviç təqdim edib.
Yerli ictimaiyyətin nümayəndələrinin və veteranların iştirakı ilə keçirilən tədbir maraqla qarşılanıb.
Həqiqətən də qürurvericidir ki, xalqımızın belə qəhrəmanları var.
(AzərTAC-ın xəbərindən istifadə etməklə hazırlanmışdır).
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)