Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ağdam Dövlət Dram Teatrının növbəti tamaşası 31 il sonra doğma məkanda - Ağdam şəhərində, erməni qəsbkarları tərəfindən dağıdılmış teatrın qalıqları qarşısında nümayiş etdirildi.
Belə ki teatrın əməkdaşları "Mübariz" tamaşasını Ağdam Dövlət Dram Teatrının qalıqları qarşısında nümayiş etdirməklə sənəd məbədinə yenidən həyat qayıtdığını göstərmək istədilər.
Burada "Mübariz" tamaşasının seçilməsi də rəmzi bir məna daşıyır. Çünki bizə qələbə qazanmağın mümkün olduğunu Mübariz İbrahimov təkbaşına göstərmişdi.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)