Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki- Zaqatala təmsilçisi
Oktyabrın 8-də ölkə teatrlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, yaradıcılıq fəaliyyətinin tənzimlənməsi və ustad dərslərinin keçirilməsi məqsədi ilə Qax rayon İ.Çavçavadze adına Dövlət Gürcü Dram Teatrında bir qrup gürcü sənət adamlarıyla görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Nargilə Qafarova, media və İT üzrə aparıcı məsləhətçisi Vüsal Həsənov, Qax rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vəfa Heydərova, Qax rayon Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, gürcü bəstəkar Mariam Kvaliaşvili, teatrşünas Tika Şvanidze, Gürcüstan xalq artisti Leba Arabidze, aktrisa Nanuli Sarajaşvili, həmçinin bir sıra mədəniyyət xadimləri və gənclər iştirak edib.
Çıxış edənlər multikultural dəyərlərin qorunmasından, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsindən və mədəniyyət sahəsində əlaqələrin perspektivlərindən bəhs ediblər.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)