“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “ASAN Teatr III” layihəsi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalın “ASAN xidmət”dən məlumat verilib.
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində 4 tamaşa səhnələşdirilib.
Tamaşalarda yazıçılarımız Sabit Rəhmanın “Xoşbəxtlər”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri səhnələşdirilib.
Səhnə işlərində 30 ASAN könüllüsü və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 10 tələbəsi iştirak edib.
Və onu da qeyd edək ki, tamaşalar həqiqətən də bəyənilib.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)