Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”
İkinci Dünya müharibəsi – XX əsrdə baş vermiş böyük dünya savaşı. Altı milyon yəhudinin ölümünə səbəb olan Adolf Hitler. Dəhşətli bir müharibənin amansızlıqları Yəhudi xalqı üçün dağıdıcı bir zərbə idi. “Ölüm düşərgəsi” adlanan məkan milyonlarla yəhudinin ölümünə bais olmuşdu.
Bütün insanlıq tarixinin ən dəhşətli, əzabverici hadisələrindən xəbərsiz olan yəhudilər Auşvitsdə başlarına gələcəklərdən xəbərsiz idilər. İrqçiliyin eybəcər simasını göstərən Nasislərin isə törətdikləri banditizm tarixdə görülməmış vəhşilik kimi yaddaşlarda qalmışdı. Holokost zamanı Nasistlərin yaratdığı ”Ölüm düşərgəsi” sırf yəhudilərin aradan qaldırılması üçün tikilmiş ən böyük ölüm düşərgəsi idi. Kütləvı qırğın ilk dəfə 1941-ci ilin sentyabrından başladı. Heyvan vaqonlarına doldurulan yəhudilər ölüm fabriklərinə aparılır və ən ağır işgəncələrlə qətlə yetirilirdilər. Bu da bir çox alman həkimləri üçün insanlar üzərində təcrübə aparmaq imkanları qazandırırdı. Yəhudilər buzlu suda saxlanılır, bədənlərinə neft yeridilir, zəhərli qazlarla məhv edilir, ölüm hökmü ilə güllələnir, infeksiyalara yoluxur, ən agır işlərə cəlb olunaraq qul kimi işlədilirdilər.
Tarixin bu dəhşətli vəhşilikləri haqqında eşitdikcə daha da ətraflı məlumatlar əldə etmək üçün internet şəbəkələrində araşdırmalar aparmağa başladım. Bu haqda ktablar oxudum, filmlərə baxdım. “Ölum düşərgəsi”nə həsr edilmiş filmlərin hər biri çox təsirli idi. Lakin bu filmlər arasında daha çox diqqətimi çəkən və təsirli anlar yaşadan “Şindlerin siyahısı” filmi idi. Film real hadisələr əsasında çəkilmişdi. “Oskar”ı qazanan bu film II Dünya Müharibəsi illərində Polşa yəhudilərinın düşərgələrdə ağır qətliamından bəhs edilirdi. Milliyətcə alman olan Nasist partiyasının üzvü Oskar Şindler var dövlətini ortaya qoyaraq 1200 yəhudini ölümdən xilas etmişdi. O, böyük bir fabrik qurur. Fabrik mətbəx üçün metal qablar istehsal edən bir müəssisə idi. Fabrikin iş-gücü məhz Yəhudilər tərəfindən yaranmışdı. Şindler işçi qüvvəsi olan yəhudilər üzərində təzyiqləri görüb onları qurtarmaq üçün kömək etməyə başlayır. Fəhlələrin həbsi Şindlerin narahatlığına səbəb olur. Hər yəhudi üçün rüşvət verib işçilərini azad etməyə çalışır.
”Xilaskar Şindler” romanı əsasında çəkilən bu film “Ən Yaxşı Film Oskarı”na layiq görülür. Drammatik döyüş filmi müharibə əleyhinə çəkilmiş filmlərdən sayılır.
“Bir nəfəri xilas edən kəs, bütün dünyanı xilas etmiş olar” şüarı altında tanınan filmə baxdıqca rejissor Stiven Spielberqin unudulmaz şedevrinin, o cümlədən də amansız alman Nasistlərinin yəhudilərə olan zülmünün şahidi oluruq. Mənşəcə yəhudi olan ssenarist bu filmin çəkilişlərini Polşanın Krakov şəhərindən başlamaqla onu 72 gün ərzində ərsəyə gətirir. Filmin çəkiliş ptosesi də özü kimi ağır olur. Çəkiliş zamanı psixoloji sarsıntılar yaşayan rejissor və aktyorlar yaratdıqları obrazlar ilə Adolf Hitler və Nasistərin törətdikləri Yəhudi soyqrımı tarixinin ğerçək üzünü ortaya gətirən bir sənət nümunəsi idilər. Filmdəki faktlar, hadisələr və təsvirlər isə gələcək nəsillərin yaddaşı üçün bəşəriyyətin tarixində ağır və misli görünməmiş bir cinayət idi.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)