Mədəniyyət naziri Adil Kərimli Gəncədə vətəndaşlarla görüşüb Featured

Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşlarla görüşüb. 

“Ədəbiyyat və incəsənət” portalı Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbulda əsasən Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlər iştirak ediblər. 

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatı, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub. Yerlərdə mədəni fəaliyyət və müəssisələrin işinin təşkili ilə bağlı təkliflər də səsləndirilib.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.