İsrail mətbuatı Heydər Əliyevlə bağlı məqalə yayımlayıb

 

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı qələmə aldığı məqalə İsrail mətbuatında yayımlanıb. İsrailin Thej.ca informasiya agentliyində yayımlanan “Heydər Əliyev və Azərbaycan-İsrail münasibətləri” sərlövhəli məqalədə Ümummilli Liderin İsrail-Azərbaycan münasibətlərinin quurlması və inkişafındakı rolundan söz açılır. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TAB rəsmisi Elnur Eltürk məlumat verib. İsrail Azərbaycanın ən önəmli strateji müttəfiqlərindən biri olduğu vurğulanan məqalədə İranla mnasibətlərin gərginliyi fonunda İsraildə səfirliyin açılmasından sonra iki ölkə arasındakı münasibələrin daha da inkişaf edəcəyi qeyd edlir. Həmçinin qeyd olunur ki, ümummilli liderin siyasi kursu bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Qeyd edilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında qarşılıqlı bu münsibətlər yüksək səviyyəyə çatdırılıb. 

Yazıda Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müxtəlif dövlətlərlə yanaşı İsraillə əlaqələrin inkişafına da xüsusi diqqət yetirdiyi, İsrail mətbuatının Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqətlə yanaşdığı qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.