“Ədəbiyyat və incəsənət” portalı bir müddət öncə sizə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həbsi barədə məlumat vermişdik.
Azər Rəcəbov, müəssisənin mütəxəssisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Budur, onkara hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay və Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.
Bu, bir daha sübut edir ki, heç bir cinayət cəzasız qalmır.
Şəkildə: Şəmkir Regional Mədəniyyət İdarəsinin inzibati binaaı və sabiq rəis, hazırkı məhbus Azər Rəcəbov
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)