Onun adı Darxan Featured

Türk dünyasının tanınmış oğlu, uzun illər Beynəlxalq Türk Akademiyasına başçılıq etmiş, hazırda Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Kıdıralının fəaliyyəti “Ədəbiyyat və incəsənət” portalının oxucularına yaxşı tanışdır. Akademya barədə ilk mənbədən mütəmadi yazılar dərc etmişik. Türk xalqlarının birləşməsi amalına xidmət edən, onları daha da gücləndirən nəzəriyyələr bizə qol-qanad verib. Amma bu dəfə onu şəxsiyyət kimi tanımağımız gərəkiyir. Əməkdaşımız Aida Eyvazlının “Onun adı Darxan” adlı yazısının dərcinə başlayırıq. Bu gün sizə yazının ilk hissəsini təqdim edir – qəhrəmanımızın uşaqlıq, yeniyetməlik və ilk gənclik dövrü barədə söz açırıq.

 

 

Bilirsinizmi “Darxan”, “Darhan” sözünün etimoloji mənası nədir?

“Tar”- “Dar” kökündən törəyən bu söz qədim Altaylarda və moğollarda yaymaq, yayılmaq, törəmək, termək sözlərinin mənasını zənginləşdirir. "Törəmək"- törəyib, çoxalmaq, "termək"- dərib –toplama mənasını verir.

Dar- Tar - xan sözü həm də Tarkan-Tarhan sözlərini əmələ gətirib. Eli terən- bir yerə toplayana Tarkhan-Tarhan-Darhan deyiblər. Öz dövründə tarkanlık yüksək bir status sayılırdı.İslamiyət öncəsi  Tarhan, Targan, Dargan, Darkan Türkdövlətlərində generallara, sərkərdələrə verilənadvə statusidi.

Moğollarınmiflərində və əfsanələrində də yurdda, mahaldaseçilənkişilərə və qadınlaradaDarhanadı verərlərmiş. Darhanhəmdə bacarıqlı dəmirçiustalaraverilənadidi. HundövründənyayılanDarhan" adı Altaylarda, Türkxalqları yaşayanyerlərdə mifləşmiş və nağıllarda, əsərlərdə yaşayaraq, bugünümüzə qədərgəlib çatmışdı. Oğlunuucayerlərdə görməkistəyənatavə ana, babavə yanənə, elağsaqqalı onaDarxanadı verəndə, deyərdiki, adına, törəsinə layiqolsun. Necə ki, Dədə QorqudKitabımızdayazılankimi: “DədəmQorqudgəlsün, buoğlanaadqoysun: biləsincə alubbabasınavarsun, babasındanoğlanabəglikistəsün, təxtalı versün» – dedilər, Dədə Qorqudgəluboğlanaadqoyduvə atasınadedi: “... Adını bənverdüm, yaşını allahversün".

Dədə Qorqud dastanında ad insanın taleyi, əməli,yaşam tərzi idi.

YəniDarxansözü insan üçünmüqəddəsbir ünvandır. Buadı layiqincə daşıyabiləninnə xoş halına.

Mənimhaqqındadanışmaqistədiyim, ünvanını göstərməkistədiyimDarxanKuandıkoğluKıdıralı daadınabəylik, terlikverənbirinsandır. Adındakı müqəddəsliyiqoruyan, sukimitəmizsaxlayanDarxanXıdıralı baharın 16 aprelgünündə 1974-cü ildə CənubiQazaxıstanınTülkübaş (əslində rayonunadı Türkübaşdır) rayonundadoğulmuşdur. Kuandıkoğlununadını “Darxan” çağırdı.  Bugəncailə başçısı vilayətin ənböyükkolxozlarındanbirininzootexnikiidi. Əkin-biçinvaxtı, soyuqluaxtalı havalardaancaqişininbaşındaoldu. Birgünevdə olanda , üç günçöldə-bayırdadövlətinmalını qorudu. Qəndgülxanım ərini "Çöladamı" sayırdı. Bilirdiki, həyatyoldaşı dövlətinmalına-mülkünə birziyandəyməsindeyə, çöllərdə kolxozunmal-heyvanını qoruyur. İnsanların köməyinə çatır.

Darxanın ayağı yüngül oldu. Daha sonra Qəndgülün daha üç övladı gəldi dünyaya. Darxanın 8 yaşı olanda 36 yaşlı  Kuandık bu dünyaya əlvida dedi. Dünya malında gözü olmayan Kuandık 4 körpənisevgili həyat yoldaşının ümüdinə qoydu. 31 yaşlı Qəndgül o gündən etibarən  həm atası, həm anası oldu övladlarının. Əri dünyadan köçəndən sonra, dünyası tar-mar oldu Qəndgül müəllimənin. Ərinin sağlığında  palçıqdan yoğurub kərpic-kərpic ucaltdığı ər evindən, həyətindən heç zaman uzağa, çölə-bayıra çıxmadı. Getdiyi yer müəllimə işlədiyi kənd məktəbi, gəldiyi yer ocağının başı oldu. Ata evi yaşadığı Türkübaş rayonunun 4 kilometrliyində olsa da, bircə dəfə anası rəhmətə gedəndə ata evinin qapısını açdı.

 

Burada sənin dəyərini bilməzlər, get oğul...

Darxan beləcə böyüdü, məktəbə getdi, elmin sirlərinə yiyələndi, buraxılış sinfinə yetişdi. 8-ci sinfi bitirdiyində müəllimlərindən biri  ona  “4” yazdı. Bu o demək idi ki, Darxan qırmızı attestat ala bilməyəcəkdi. Darxan xəbəri anaya dedikdə, elə bil ki, ananın qanadları qırıldı. Ana öz oğlunun biliyinə, istedadına bələd idi. Bu kəndin böyüklərinin əmr-fərmanı belə idi. Atasız uşağa yuxarıdan aşağı baxardılar. Atasız uşağın qırmızı attestat almağa pulu çatmazdı ki... Gecəni gözünə yuxu getmədi Qəndgülün. Səhər yeməyi süfrəsinə oturduqda Darxanın könlünü ala-ala, üsulluca ona belə dedi: “Oğul, Almatıda bir yeni məktəb açılıb, burada sənin qiymətini bilməzlər. Get orada oxu. Orada həm də yatmağa yer verəcəklər sənə”. Darxan "hə" demək əvəzinə  anasından soruşdu: “Ana, səni burada tək qoyub hara gedim, bəs bacı-qardaşım?”. Ana isə israr etdi: “Oğul, uzağa getmirsən ki, Almatı əlimizin içindədir. Bir də ki, paytaxt elə paytaxtdır... get adam ol, böyük ol, yolun-irizin işıqlı olsun..!". Beləcə uğurlayıb, oxumağa yola saldı oğlunu. Bu, Qəndgül müəllimənin haqsızlığa, ədalətsizliyə hayqırtısı idi. Ailənin namusunu, evinin istisini-ocağını qorudu Qəndgül. Təzə paltar geyinmədi, əlində olanı oğluna-qızına yedirtdi. Qızıl-gümüş taxmadı. Belə fikirləşdi ki, dul qadının bəri-bəzəyi olmaz. Ana ümidlə yaşadı.

Aldığı ruhani tərbiyəsi  mükəmməl olan Qəndgülün gördüyü röyalar çin olardı. Bilirdi ki, yolun sonunda bir işıq var. Bilirdi ki, Darxan bacı-qardaşının da, elinin də köməyi, dayağı olacaq.

Almatıya işıq, elm dalısınca getdiyi gündən tale, bəxt yazısı da dəyişdi Darxanın. Məktəbi bitirdikdən sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin tarix fakultəsinə qəbul oldu. 2 il sonra  təhsilini Türkiyənin Mərmərə Universitetində davam etdirməyə başladı. Doqquz Eylül, Egey, İstanbul Universitetlərində elm, bilim öyrəndi.  Egey  universitetində ilk elmi işini müdafiə etdi, İstanbul universitetində PhD elmi dərəcəsini qazandı. Bildiklərini, oxuduqlarını, öyrəndiklərini, qazandıqlarını xalqına, elinə qaytarmaq üçün elinə, yurduna döndü. Təhsil aldığı universitetlərdə, həm də Türk, Azərbaycan, Özbək, Qırğız dillərini mükəmməl mənimsədi.

 

Böyük Çölün oğlu

Türkiyədə  elm dəryasından  türk dünyasının incilərini götürən Darxan Kıdıralı geniş Qazax şanırakının altına elə bir vaxtda dönmüşdü ki, hər yerdən “Türkəm” sədaları gəlirdi. 2001-ci ildən etibarən  Xoca  Əhməd Yassəvi adına Beynəlxalq Qazax-türk Universitetində elmi işçi kimi fəaliyyətə başlayan Darxan Kıdıralı 2005-ci ildə artıq kafedra müdiri, aparat rəhbəri vəzifəsinə qədər yüksəlmişdi. Daha sonra  paytaxt Astanada yerləşən L.N.Qumilyov adına Milli Avrasiya Universitetində dosent və baş elmi işçi kimi  fəaliyyət göstərdi. Ölkənin aparıcı kütləvi informasiya vasitələrindəki çıxışları Türk dünyasının birliyi çağırışlarına ayna tutdu. Bəs sonra nə oldu? Davamı da olacaq.

 

1-ci şəkil: Darxan Kıdıralının ömrü qədim türk izlərini araşdırmaqda keçməyibmi?

2-ci şəkil: Qəhrəmanımız və yazının müəllifi.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.