Belə dözülməz şəraitdə hansı incəsənətdən danışmaq olar? Featured

Və ya mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin Ağsu rayonuna səfərinə sözardı

 

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonuna səfər etməsi barədə sizlərə məlumat vermişdik. 

 

Səfər zamanı Adiı Kərimli və nazirliyin məsul şəxsləri Heydər Əliyev Mərkəzinə, Mərkəzi Kitabxanaya, Mədəniyyət Mərkəzinə, Mədəniyyət evinə, Ağsu şəhər Uşaq Musiqi Məktəbinə və  Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçiriblər. Həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, yaradıcı insanların, o cümlədən, istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı Adil Kərimli tərəfindən müvafiq tapşırıqlar verilib.

Səfər zamanı çox ciddi nöqsanlar da aşkara çıxardılıb. Məsələn, 84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq Musiqi Məktəbinə baxış zamanı məktəb binasının qəzalı vəziyyətdə olduğu və belə şəraitdə tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib. Şəkillərdə buradakı dözülməz şəraiti özünüz də görürsünüz. 

Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı öyrənildikdən sonra hazırkı vəziyyətdə tədrisin mövcud binada davam etdirilməsinin təhlükəli olduğu qənaətinə gələn Adil Kərimli müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılmasına, tədrisin bu müddətdə digər binada davam etdirilməsinə qərar verilib.

Maraqlıdır, gərək elə bu boyda həngaməni məsul şəxs şəxsən gedib özü aşkara çıxarsın? Bəs yerli kadrlar görəsən hara baxırlar? 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.