“Azərbaycan, Qobustan tarixi-bədii qoruğu. Altı mindən çox qayaüstü rəsmlərin tapıldığı unikal yer. Planetdə incəsənətin yarandığı ilk yerlərdən biri”.
“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı “Instagram” səhifəsində etdiyi paylaşımda bildirib.
O, burada Ukrayna dilində audiobələdçinin olmasını xüsusi vurğulayıb.
“Xarici internet saytlarında onlarla variantın mövcud olmasına baxmayaraq, Ukrayna dilini deyil, başqa dil seçmək məcburiyyətində qalmaq... Səfər zamanı muzeyə gedib audiobələdçi istəyəndə, onların çiyinlərini çəkərək - yalnız rusca deməsi... Düşünürəm ki, çoxlarımıza bu hiss tanışdır... Ancaq yaxşı xəbərim var: artıq 32 ölkədə 50 ukraynadilli audiobələdçi peyda olub”, - deyə o, əlavə edib.
Sonda o, bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusən də bunu mümkün edən dövlətlərə və Ukraynanın bu ölkələrdəki səfirliklərinə təşəkkür edib.