Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin 01.09.2022-ci il və 01.11.2022-ci il tarixlərini əhatə edən «Vətən müharibəsi yeniyetmə və gənc istedadların yaradıcılığında» layihəsi Quba, Qusar, Xaçmaz inzibati bölgələrində öz tədbirlərini yekunlaşdırıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, altı tədbirdən ibarət müsabiqəyə Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində, Quba rayon, Susay Kənd Orta Məktəbində, Qusar Rayon Mədəniyyət Mərkəzində, Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində 168 nəfər yeniyetmə və gənc birbaşa cəlb olunmuşdular. Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənc istedadlıların yaradıcılığında Vətən Müharibəsi mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 9 000 nəfərdən çox yeniyetmə və gənc bu müsabiqədən xəbərdar olmuş, yeniyetmə və gənc istedadların Vətən Müharibəsi mövzusunda yaratdıqları bədii nümunələrlə tanış olmuş, dolayı yolla maariflənmişlər.
Tədbirlərdə himnimiz oxunduqdan və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, «Vətən müharibəsi yeniyetmə və gənc istedadların yaradıcılığında» layihəsini dəstəklədiyi üçün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonra, təşkilat və layihə haqqında məlumat verərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyması haqda geniş məlumat verdi. Əlavə olaraq, yüksək texnoloji nailiyyətlərlə 21-ci əsrin müharibəsini aparan şanlı Azərbaycan ordusunun keçilməz yollarla, güllə yağışının altında sıldırımlı qayalarla əhatə olunmuş Şuşa qalasını azad etməsi ilə bütün dünyaya səs salmasını xüsusi vurğuladı. Eyni zamanda şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın, sərkərdələrimizin hərb tariximizə qızıl hərflərlə yazdıqları misilsiz qəhrəmanlıqların yeniyetmə və gənc istedadlılarımızın bədii yaradıcılıqlarında əks etdirilməsinin əsil vaxtı olduğunu bildirdi. Çıxışının sonunda 44 günlük Vətən müharibəsinin əhəmiyyətini qeyd edərək, qələbəmizin, hər bir qəhrəmanlıq nümunələrinin obrazlı dünyaya tanıdılmasında yeniyetmə və gənc istedadlılarımızın istedadlarını səfərbər edəcəklərinə əmin olduğuna toxunaraq çıxışını yekunlaşdırdı.
Çıxışçün söz alan məsul şəxslər və ekspertlər yeniyetmə və gənc istedadlıların yaradıcılığında 44 günlük Vətən Müharibəsinin əks olunmasının müdhiş əhəmiyyətinin olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Onlar bildirdilər ki, «Vətən müharibəsi yeniyetmə və gənc istedadlıların yaradıcılığında» layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil, obrazlı şəkildə gələcək nəsillərin maariflənməsinə hesablanıb. Əlavə olaraq qeyd etdilər ki, bədii sənətin dili kəskin, ömrü uzun olur, deyilənlər unudulur, yaradılanlar, yazılanlar xalqın mənəvi, mədəni tarixinə əbədi olaraq həkk olunur. Düşmən işğal altında uzun illər saxladığı, qarət etdiyi torpaqlarımızı ona görə özününküləşdirə bilmədi ki, ulularımız, ata-babalarımız Vətən torpağının hər qarışını mədəniyyət məbədinə çevirmişlər. Bu ənənənin yeniyetmə və gənclərimiz tərəfindən davam etdirməsinin nə qədər əhəmiyyətə malik olmasını yaradıcı yeniyetmə və gənclərimiz yaxşı bilməlidir deyə vurğulamışlar.
Tədbirlərdə yeniyetmə və gənclərin yaradıcılıq mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması, yeniyetmə və gənc istedadlıların sənət nümunələrini əhatə edən kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlardan sonra yeniyetmə və gənc istedadlıların əl işlərinə, rəsmilərinə, rəqslərinə, poeziya nümunələrinə, ifalarına və s. baxış keçirildi. Münsiflər heyəti tərəfindən qaliblər seçilərək diplomlarla, hədiyyələrlə mükafatlandırıldılar.
Xüsusi istedada malik yeniyetmə və gəncləri narahat edən bütün suallara aydınlıq gətirildi.
Yerlərdə mədəniyyət mərkəzlərinin rəhbərləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür müsabiqələrin xüsusi istedadlı yeniyetmə və gənclər arasında mütəmadi təşkilinin əhəmiyyətinə toxunaraq, belə maarifləndirici tədbirlərin onların yaradıcılığında yüksək mənada öz əksini tapacağına əmin olduqlarını bildirdirdilər.
Dəftərxana ləvazimatları, qovluqlar, diplomlar paylanmış tədbirlər sonrda çay və şirniyyat süfrəsilə davam etdi.