Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) sehirli bir çubuğun işarəsi ilə media hücuma keçdikdən sonra bunun heç də təsadüfi bir hücum olmaması öz təsdiqini tapıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, budur, AMEA-nın birdən-birə üç qurumu- Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmanda yer alıb.
Fotolar Milli Azərbaycan Tarixi Muzeyindəndir.