Mədəniyyət nazirinin Sabirabad görüşləri

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beyləqan rayonuna səfərdən qayıdarkən iyunun 17-də Sabirabad şəhərində olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, nazir Sabirabad şəhərində yerləşən tarixi tikiliyə – “Köhnə hamam”a baxış keçirib. Bildirilib ki, “Köhnə hamam” 1900-cü ildə yerli sakin Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub və istifadəyə verilib. Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına (inventar nömrəsi 4951) daxil edilib.

Anar Kərimov Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət Nazirliyinə ayrılan büdcə vəsaiti hesabına aparılan bədii tərtibat işləri ilə də tanış olub. Nazirə muzeyin yenilənən ekspozisiyası haqqında ətraflı məlumat verilib. 

Anar Kərimov işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, nazir Anar Kərimov iyunun 16-da Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib, həmçinin rayondakı bır sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub, tarixi abidələrə baş çəkib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.