Formula 1 üzrə Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə bir çox tanınmışlar gəlib, onlardan biri də İtaliyanın məşhur blogeri, yazıçı Andrea Dal Corsodur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Andrea Dal Corso özünün 803 minlik instaqram səhifəsində Bakı ilə bağlı paylaşım edib. İtaliyalı yazar Bakının tarixi və turistik məkanlarında olub, profilinin hekayə bölməsində maraqlı və diqqətçəkən paylaşımlar edib.
“Bu şəhər xarüqədir. Tarix, dizayn və texnologiya burada birləşib” - deyə Andrea Dal Corso Bakımıza tərif verib.