“Azərkitab” niyə bağlanmalıydı axı?

 

“Akim Abbasov, 78, Bakı, Yasamal, AZ1141" - dünənədək bu ünvanda "AzərKitab" yerləşirdi. 

 

-  Adıkeçən kitab təbliğatı mərkəzinin sayəsində həmin ünvan paytaxtın qaynar mədəniyyət ocağına çevrilmişdi. Doğma ünvanımız olmuşdu "AzərKitab"lı "Akim Abbasov, 78"...

Göstərilən ünvandakı mülk kimindir bilmirəm, pulu-paranı hardan, necə, nə vaxt qazanıb da o gözəl mülkü tikmişdi? - bilmirəm; bildiyim odur ki, günümüzdə icarəçi ilə icarədar ödəniş mövzusunda anlaşa bilməyib və "AzərKitab" qapanmağa məcbur olub... 

Əgər "AzərKitab"dan boşalan ünvan daha üstün mədəniyyət xidməti göstərəcksə, sözüm yox... yox, sırf biznes maraqları adına, daha çox qazanmaq üçün belə bir addım atılıbsa, təəssüf edirəm. 

Təəssüf ki, bizim İŞADAMLARININ çoxu İÇADAMI ola bilmədi...

Deynən, a sağolmuş, kitabdan, mədəniyyətdən daha üstün nəyə verəcəksən ki, o binanı?!. 

Gül kimi şenlənmişdi də oralar...

 

Əkbər Qoşalı

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.