Türkiyənin cənubunda meşə yanğınları dəhşətli şəkildə min hektarlarla ərazini öz qoynuna alıb. Antalya, Bodrum, Adana alovlar içindədir. Ölənlər və yaralananlar var. Əhali, turistlər təxliyyə olunmaqdadır.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın baş verənləri milli fəlakət adlandırıb.
“Meşə yanğınları milli fəlakətdir,” deyə Kalın Tvitter hesabında yazır. “Bütün dövlət orqanları qarşılıqlı əlaqədə şiddətli mübarizə aparırlar. Prokurorluq müxtəlif aspektlərdən yanğının səbəblərini araşdırır. Mən öz Rəbbimdən mənə vəhy olunana tabe oluram".
Meşə yanğınları çərşənbə günü Türkiyənin cənubundakı Antalya vilayətindəki Manavgat kurort şəhəri yaxınlığında başlayıb, ilkin məlumata görə, bölgədəki güclü istilər səbəbi ilə. Daha sonra cümə axşamı Aydın və Muğla kurortu da daxil olmaqla bir sıra digər əyalətlər də alova bürünüb. Türkiyə Fövqəladə Hallar İdarəsinin məlumatına görə, yanğın nəticəsində həlak olanların sayı üç nəfərə çatıb, 183 nəfər xəsarət alıb.
Turizm obyektlərinə ən ciddi təhlükə Bodrumun kurort zonasında yaranıb ki, burada sutka ərzində bir sıra otellərin yaxınlığında yerləşən bir neçə yerdə yanğınlar baş verib. Güvercinlik kəndində yanğın yerli otellərin birini haqlayıb. Bununla əlaqədar olaraq, turistlər müvəqqəti olaraq həmin mehmanxananın ərazisindən köçürülüblər.
Allah Türkiyəmizə kömək olsun!
BBC-dən yanğını əks etdirən kadrları təqdim edirik.
Bu saatlarda Türkiyə alovlar içindədir
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/gundem/item/230-bu-saatlarda-turkiyae-alovlar-idzhindaedir#sigProGalleria8b17e43ac2
https://edebiyyatveincesenet.az/az/gundem/item/230-bu-saatlarda-turkiyae-alovlar-idzhindaedir#sigProGalleria8b17e43ac2