Qəhrəmanların izi ilə Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Dövlət Iqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi, Türk Dünyası GənclərTəşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirilib. Tədbirdə  universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərində iştirak edən hərbçi və qazilər də iştirak edirdilər.

 

Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səsləndi. Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən  qısa film izlənildi. 

Türk Dünyası Gənclər Təkilatının sədr müavini Ziyad Ağayev öz çıxışında bildirdi ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq. 2016-cı ildə düşmən təxribatının qarşısını almaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrildi. Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq.

Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışdı. Qeyd etdi ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub. 

Aprel və Zəfər  döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü  Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından və vətənin azadlığı uğrunda döyüşlərdə türk insanına məxsus olan döyüş ruhunun onlara güc verməsindən danışdılar. 

Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə  “Qalibiyyət: şahidlər vəşəhidlər”  ikicildliyinin müəllifi , türkdünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk də iştirak edirdi. Aida Eyvazlı Göytürk  2016-cı ilin ilk aprel günlərindəbaşlanan döyüşün bugünkü qələbəmizin müjdəçisi olduğunu dedi. Öz çıxışında apreldə, həmin o zəfər ismarıcı ilə dolu olan günlərdə şəhid olan hər bir şəhidin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin  söhbətlərini  qələmə alarkən bu günkü Zəfərə inandığını söylədi. Ali Baş Komandan İlham Əliyevin və onun müzəffər əsgərlərinin qazandığı Zəfəri türk dünyasının zəfəri, Qarabağın düşməndən azad olmasını isə Türk Dövlətləri Təşkilatının yaranmasına bir ümid və inam verdiyini söylədi.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı özünün bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa etdi.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkildi. 

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.