İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Tariximixin ən parlaq səhifələrindən birinə çevrilən Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin dördüncü ildönümü - Zəfər Günü münasibətilə 5 noyabr 2024 - cü il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi Anar Əliyevin xatirə bulağının önündə "44 günə fəth olunan Zəfər zirvəsi" adlı ədəbi-bədii kompozisiya keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid valideynləri və onların ailə üzvləri, içtimaiyyətin nümayəndələri, Oğuz rayon Gənclər-İdman və Oğuz Rayon Təhsil Sektorlarının rəhbərləri və əməkdaşları, H.Babayev adına şəhər birsaylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
MKS-nin direktor əvəzi Nəzakət Qasımova çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən söhbət açmışdır.
Daha sonra çıxış edənlər şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Oğuz rayon Həbib Babayev adına bir saylı tam orta məktəbin şagirdlərinin təqdimatında "Azərbaycana Zəfər yaraşır" movzusunda çox maraqlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)