Estoniyanın nüfuzlu “Pulss” jurnalında həmin ölkədə keçirilən “Milli Mədəniyyət Günləri-2024” çərçivəsində təşkil olunan Azərbaycan Mədəniyyəti Günü haqqında məqalə dərc edilib.
“Ədəbiyyat və incəsənət” portalı Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, məqalədə Estoniyada “Milli Mədəniyyət Günləri-2024”-dən bəhs olunub və Azərbaycan Mədəniyyəti Gününün tədbirə xüsusi rəng qatdığı vurğulanıb. Ümumilikdə tədbir çərçivəsində sərgilər, konsertlər, seminarlar və digər tədbirlərin keçirildiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, Azərbaycan Mədəniyyəti Günü “Qarabaşlılar qardaşlığı” Evində rəssam Rövşən Quliyevin (Rövşən Nur) təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)