Təbiət bizim evimizdir Featured

Rəhilə Bağırova, Sumqayıt Gənclər kitabxanasının böyük mütəxəssisi, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. 

 

Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Gənclər kitabxanasında “Dostluq” mədəniyyət evinin müəllim və şagird heyətinin və 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamına əsaslanaraq “Təbiət bizim evimizdir” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirin aparıcısı Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova mövzu haqqında ətraflı çıxış edərək qeyd edib ki, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanan bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etdi. 

Sonra “Təbiət bizim evimizdir” adlı sərgidə əks olunan kitabların xülasəsini verib.

Tədbir 12 saylı tam orta məktəbin və “Dostluq” mədəniyyət evinin şagirdlərinin “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş rəsm sərgilərinin təqdimatı və təbiətə həsr olunmuş şeir və mahnı ifaları ilə davam edib.

Sonda çıxış edən “Dostluq” mədəniyyət evinin bədii rəhbəri İlahə Hüseynova və 12 saylı tam orta məktəbin kitabxana müdiri Fəridə Həsənova tədbirin keçirilməsinin gənclərin maaariflənməsində, dünya görüşünün artmasında əhəmiyyətini vurğulayaraq kitabxana əməkdaşlarına təşəkkür ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.