Fazil Mustafa növbəti görüşlərini keçirib

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa növbəti görüşlərini keçirib. Bu barədə "Ədəbiyyat və incəsənət" portalına komitədən məlumat verilib.

 

O, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova ilə görüşüb. 

Komitə sədri konstruktiv mövqeli QHT-lərlə müvafiq dövlət qurumları arasında səmərəli işbirliyinə bütün maraqlı tərəflərin töhfələr verməsinin, bununla, vətəndaş cəmiyyətinin daha da güclənməsinin ümumi işin xeyrinə olacağını vurğulayıb. 

RHİMİB-in fəaliyyətini yaxından bələd olduğunu bildirən Komitə sədri, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, ictimai birliyə yeni uğurlar diləyib.

Görüşdə RHİMİB-in Layihələr üzrə koordinatoru Nilufər Lətif iştirak edib.

 Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın növbəti görüşü isə  "NƏFƏS" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva ilə olub.

İctimai birliklər və dini qurumlar komitəsində keçirilən görüşdə "NƏFƏS"in həyata keçirdiyi və nəzərdə tutduğu yeni layihələr, eləcə də, komitə ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

İctimai birlik sədri Fazil Mustafanı VII çağırış Milli Məclisin üzvü və Komitə sədri seçilməsi münasibəti ilə təbrik edib. 

Komitə sədri "NƏFƏS"in fəaliyyətini yaxından izlədiyini, xeyriyyə və ümumən humanitar aksiyaların təşəbbüskarı, uğurlu icraçısı olaraq gördüyü işləri təqdir edib, ictimai birliyə yeni uğurlar diləyib.

Sonda Fazil Mustafa öz kitabını Firəngiz Balakişiyeva üçün imzalayıb.

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.