Bu gün Dövlət Müstəqilliyinin bərpası günüdür

 

Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar elektron məlumat bazası, virtual və ənənəvi kitab sərgisi hazırlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portallna kitabxanadan məlumat verilib. 

“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı elektron bazada bu günün təsis edilməsinə dair qəbul edilən rəsmi sənədlər, görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, “Müstəqilliyin bərpası və qorunub saxlanılması”, “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi tam mətnlər yer alır. Elektron bazada Azərbaycan Respublikasının dövlət simvolları haqqında məlumat verilir, bu mövzuları əhatə edən kitabların, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ölkə başçısına ünvanlanan təbrik və paylaşımlar, dövlət günü ilə əlaqədar təşkil edilən tədbir və konsert proqramlarının  siyahısı da yer alır. Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/melumat-bazalari/Musteqilliyin_Berpasi_Gunu_el_melumat_bazasi/index.html elektron bazada “Müstəqilliyimiz əbədidir”, “İnkişaf məqsədimizdir”, “Foto və video qalereya”, “Virtual sərgi” kimi bölmələr də sərgilənir.

Elektron bazanın birinci səhifəsində yer alan virtual kitab sərgisində  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, müstəqillik, onun mahiyyəti, insan həyatında daşıdığı müstəsna əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr yer alır. Materiallarda müdrik rəhbər, uzaqgörən siyasi lider, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyini qoruyub saxlayan, günü-gündən daha da güclənən, beynəlxalq siyasi arenada müstəsna nüfuza malik olan Azərbaycan dövlətinin Şanlı qələbəsini, Zəfər tarixini əks etdirən video görüntülər təqdim edilir. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisində “Heydər Əliyev. Azərbaycan Parlamenti”, “İlham Əliyev. İnkişaf - məqsədimizdir”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev - İlham Əliyev. Azərbaycançılığın Zəfər yolu”, “Müstəqillik yollarında: liderlik missiyası”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri nümayiş olunur.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/musteqilliyin-berpasi-gunu yerləşdirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.