Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumu çərçivəsində Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə 17 ölkədən, o cümlədən Belarus, Kamboca, Ekvador, İndoneziya, Mali, Malayziya, Mozambik, Nigeriya, Tanzaniya, Özbəkistan, Uqanda, Zambiya, Zimbabve, Malavi, Mavriki, Qambiya və Nigeriyanın milli bölmələrinin rəhbərləri təmsil etdikləri ölkələrə aid süvenirlər, şirniyyatlar, kitablar, hədiyyələr və ölkələrinə xas olan əşyalar sərgiləyiblər.
Sərginin təşkilində məqsəd bu ölkələrin mədəniyyətlərini nümayiş etdirmək, ölkələrə xas müxtəlif ornamentlərin və əşyaların digər ölkə nümayəndələri ilə bölüşmək, mədəni mübadilə, xüsusilə mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndələrinin iştirak etdiyi Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı şəbəkənin təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu (Şuşa razılaşması) qəbul edilib.
Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətləri üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)