Naxçıvan Kitab Sərgisi major notlarla başa çatdı Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ümumilli lider Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan “Bookfest”  Naxçıvan Kitab Sərgisi başa çatdı. 11 mayadək Naxçıvan şəhərindəki Saat Meydanında davam edən  sərgidə tanınmış şair və yazıçılar iştirak etdi və maraqlı mövzularda çıxışlar oldu. 

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝ TEAS Press˝  Nəşriyyat evinin təşkilatçılığı ilə baş tutan kitab bayramında dörd gün ərizndə müxtəlif istiqamətlərdə maarifləndirmə aksiyaları keçirildi, uşaqlar üçün əylənərək öyrənmək imkanı verildi.

 

İlk günlərdə yazıçı və kouç Elçin Əzimlinin, şair Raqif Raufoğlunun, uşaq yazıçısı Mürşüd İsmayılzadənin, növbəti günlərdə isə Varisin, Elxan Elatlının, Aqşin Yeniseyin, Zahid Xəlilin, Aysel Şıxlının maraqla qarşılanan görüşləri oldu, imza saatları, panel müzakirələri keçirildi. 

 

Təşkilatçı - “TEAS Press˝  Nəşriyyat evi kitab bayramını hüdudsuz etdi, Naxçıvan Qarışıq Cəzaçəkmə Müəssisəsinə yollanan nəşriyyat əməkdaşları və yazarlar məhbuslara kitab hədiyyələri apardılar. 

“Bookfest”in daha bir maraqlı anı Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin sərgiyə baş çəkməsi, yazarlarla görüşməsi, stendlərlə tanış olması oldu. 

“APF Group” MMC, “Ləzzət Qrup” MMC, “Güvən İnşaat”, “Sürət Kargo”, və “İbesta” nun sponsorluğu, “Azərtac” Dövlət İnformasiya Agentliyinin, Naxçıvan Dövlət Televiziyasının, Real TV, “Şərq qapısı” qəzetinin, “Nuhçıxan” və “Report” İnformasiya agentliklərinin media tərəfdaşlığı ilə keçirilən kitab sərgisi həqiqətən də əsl bayrama çevrildi. 

Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagird və müəllim kollektivinin, Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin ifasında konsert proqramıları, gənclərin sevimlisi ˝Tufan Band˝ ın çıxışı “Bookfest ˝i daha da rəngarəng etdi. 

Bir sözlə, Naxçıvanda kitab bayramı baş tutdu! 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.