Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
11-12 may 2024-cü il tarixlərində İsveçin Malmö şəhərində 68-ci Avroviziya Mahnı Müsabiqəsi başa çatdı. Onun nəticələri barədə danışaq. Canlı yayımla yəqin ki, çoxunuz yarışmanı seyr etdiniz. Amma mən efirdən kənarda baş verənləri də sizlərə çatdırmaq istəyirəm.
Əvvəla ondan başlayaq ki, səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırdılar. Bu sayaq uğursuzluğa son illərdə ilk dəfə məruz qalırdıq, belə ki, ardıcıl olaraq ölkə təmsilçilərimizi finalda görməyə alışmışdıq. Təəssüf ki, düşmən ölkə finala adladı, bizsə yox.
Davam edək.
2024 Avroviziya finalında 25 ölkə iştirak edirdi. Yarış günü Hollandiyadan olan Yost Klein diskvalifikasiya edildi. Sənətçi çəkiliş qrupunun xanım üzvünə qarşı nalayiq hərəkətlər etdiyi səbəbindən bu cür cəzalandırıldı.
Final günü bukmeykerlər Xorvatiyadan olan Baby Lasagna-nın qələbəsini proqnozlaşdırdılar. Bukmekerlər israilli eden Qolanı ikinci, İsveçrəli Nemonu isə üçüncü yerə qoymuşdular. Bukmekerlər 2018-ci ildən bəri ilk dəfə qalibi seçməkdə səhv etdilər. Gözəl performans göstərsə də xorvat qalib ola bilmədi.
İsrailin 20 yaşlı nümayəndəsi Eden Qolan 13 il Moskvada yaşayıb. 2015-ci ildə Uşaq Eurovision üçün Rusiya seçiminin iştirakçısı olub və burada 5-ci yeri tutub. 2016-cı ildə Krımda Nyusha ilə oxuduğu mahnı ilə "uşaq yeni dalğası"nda çıxış edib. 2018-ci ildə Eden Qolan "Səs" şousunun 5-ci mövsümünün finalına çıxıb.
Avroviziya 2024-də Eden Qolanını uğursuzluğuna əsas səbəb siyasi nüanslar oldu, İsrailin Fələstinə qarşı etdiyi hərəkətə görə "Malmö Arena" da tamaşaçılar fasiləsiz olaraq yəhudi ifaşını səs-küylə, fitə basmaqla normal oxumağa qoymadılar.
Münsiflər heyəti bukmeykerlərin 3-cü olacağını proqnozlaşdırdıqları isveçrəli Nemo birinci, Fransalı Slimane-ni ikinci yerə qoydular. Xorvatiyadan olan Baby Lasagna isə yalnız üçüncü oldu.
2024-cü il Avrovizion-un yekun nəticələri tamaşaçı səsverməsi nəzərə alınmaqla aşağıdakı kimi oldu:
* 1. İsveçrə-Nemo "Kod " (591 xal)
* 2. Xorvatiya-Baby Lasagna "Rim Tim Tagi Dim" (547 xal)
* 3. Ukrayna-Alyona Alyona və Jerry Heil "Teresa & Maria" (453 xal)
* 25. Norveç-Gate " Ulveham" ( 16 xal)
"Nemoda artisizm yüksəkdir, Opera ifaçısı məharəti böyük ölçüdədir. Və onun nömrəsi inanılmaz dərəcədə möhtəşəmdir. Xorvat da qalib gələ bilərdi, mahnısı daha yaxşıydı, amma performansı zəif idi" deyə musiqi tənqidçisi Guru Ken müsabiqə nəticələrini Telegram kanalında bu cür şərh edib.
Nemo - 24 yaşlı reper Nemo Mettlerdir. O, 2015-ci ildən musiqi ilə məşğul olur. Şok sənətçinin diskoqrafiyasında üç studiya albomu və bir çox sinqler var. O, həmçinin "Maska" şousunun İsveçrə versiyasında Panda olub.
İsveçrə 1956-cı ildən bəri Avrovizionda iştirak edir. Ölkə 35 ildən çoxdur ki, müsabiqədə qalib gəlmir. 1988-ci ildə İsveçrənin qələbəsini Selin Dion gətirmişdi. Və çox maraqlı bir nüans: Nemo təsadüfən mükafatını səhnədə salıb sındırdı və üstəlik, şəhadət barmağını da sındırdı.
Mətbuat konfransında ona yeni bir mükafat verildi.
Və sonda qeyd edək ki, Azərbaycan finalda öz səsini belə paylaşıb:
Ən yüksək olan 12 xal İsveçrəyə verilib.
Digər xallar isə aşağıdakı kimi bölüşdürülüb:
Ukrayna-1, Kipr-2, Sloveniya-3, Xorvatiya-4, İsveç-5, İtaliya-6, Gürcüstan-7, Lüksemburq-8, İrlandiya-10.
“Ədəbiyyat və incəsənət”
(12.05.2024)