Şahbaz Xuduoğludan gözəl təşəbbüs - ucqarlarda mədəni inqilab
"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu doğulduğu Yardımlı rayonunun Hamarkənd kəndində “Kitab qovşağı” yaradıb. O, köşklər vasitəsi ilə kitabların təbliği-mübadiləsi məsələsini gündəmə gətirib. Hər kəs bu köşklərə oxuduğu kitabı qoyub başqasını oxumaq üçün götürə bilir.
Şahbaz Xuduoğlu öz sosial media hesabında yazır:
"Bir köşk qoymuşdum, hazırda işləyir, digər ikisi də artıq hazırdır.
Hər kəs bura kitab qoyub kitab götürə bilər. Öz kitabını göndərmək istəyən müəlliflər isə mütləq avtoqraf yazsınlar, hətta naməlum oxucuya məktub da yazıb kitabın arasına qoya bilərlər.
Hər dəfə kəndə gedəndə qovşaqlara yeni kitablar aparıram. Bu kitablar satılmır, eləcə də alınmır. Sadəcə oxumaq üçündür. Bir nəfər götürüb oxuyur, sonra köşkə qoyur, başqa kitab götürür.
Buna kitab dəyişmək də deyirlər. Oxuduğumu qoyub, oxumadığımı götürürəm.
Kitab qovşaqlarını yaratmaqda məqsəd kitabxanası olmayan kəndlərimizi, məhəllələrimizi, bloklarımızı kitabla təmin etməkdir.”
Şahbaz Xuduoğlu cəmiyyətimizdə tüğyan edən bir bəladan da yazıb:
“Son illər çox sayda kitabxanalar bağlanıb, köhnə kitablar - kiril qrafikası ilə olanlar məhv edilib. Cəmiyyətimiz kitabsız bir mühitə yuvarlanıb. Qovşaqlar mühiti dəyişəcək, kitaba marağı artıracaq.
Bəzən evində kitabı artıq görən insanlar onları da aparıb zibilliyə atır. Yaxşısı, kitab qovşaqlarına qoyun, qoy kitab öz oxucusunu tapsın.
Dünyada elə bir kitab yoxdur ki, onun ən azı üç oxucusu olmasın. Bu mənada, heç bir kitab atılmalı deyil".
Cox gözəl təşəbbüs qaldırıb Şahbaz Xuduoğlu. Bütün nəhəng işlər kiçik başlanğıclara borcludurlar.
Şahbaz Xuduoğludan gözəl təşəbbüs - ucqarlarda mədəni inqilab
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/gundem/item/140-shahbaz-khuduoghludan-zhoezael-taeshaebbus-udzgarlarda-maedaeni-ingilab#sigProGalleria0d185bee6f
https://edebiyyatveincesenet.az/az/gundem/item/140-shahbaz-khuduoghludan-zhoezael-taeshaebbus-udzgarlarda-maedaeni-ingilab#sigProGalleria0d185bee6f