“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri müəyyənləşib

Dekabrın 1-3-də YARAT Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gəl, Yarat” yaradıcılıq üzrə marafon təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 3-də marafonun final mərhələsi baş tutub və beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib.

 

Sonda münsiflər heyətinin qərarı ilə aşağıdakı istiqamətlər üzrə komandalar qalib olaraq seçilib və mükafatlandırılıb.

 

Kino - “Alfa”

 

Teatr - “Səssiz”

 

Dizayn - “The last of us”

 

Videoqrafiya - “The pulse of innovator”

 

Animasiyada - “Ovsun”

 

“Gəl, Yarat!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə "Yaradıcı Həftə" çərçivəsində reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.