Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları Naxçıvan şəhərində Hüseyn Cavidin Xatirə Kompleksini ziyarət edib, ədibin məzarı önünə gül dəstələri düzüblər.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Daha sonra Cavid dühasından, onun təkrarsız sənət dünyasından söz açılıb, çıxışlar dinlənilib.
Sonda Hüseyn Cavid guşəsinə baxış olub.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)