Quba rayonunun görməli yerləri Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın şimal-şərqində yerləşən Quba rayonu ölkənin əsas turistik bölgələrindəndir. Özü də paytaxtdan elə də uzaqda deyil. Avtomobil səni cəmi 1,5 saata Qubaya çatıdrar.

Bəs bölgənin əsas görməli yerləri hansılardır?Bu gün onlardan 2-si barədə məlumat verəcəyəm.

 

Xınalıq kəndi

 

Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. 5000 illik tarixə malik bu kənd Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çoxlu bulaqlar və mağaralar mövcuddur. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq turistlər üçün çox maraqlı məkan hesab olunur.

 

Qəçrəş

 

 Qubanın ən böyük kəndlərindən sayılır. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Turistik məkandır.  Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Meşələri olduqca füsunkardır. Meşədə yabanı halda qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil ağacları var.

 Kəndə xüsusi gözəllik verən Qudyalçayda balıq tutmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.