Özbəkistanda iki taksi sürücüsünün sərgüzəşti - ŞƏMİL SADİQ YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı Şəmil Sadiqin yol qeydlərini təqdim edir

 

 

Payız tətilinin uzunmüdətli olmasından istifadə edib, uşaqlara yaydan qalan borucumu qaytarım, deim. Qısası seçimim bu dəfə Özbəkistan: Daşkənd, Səmərqənd, Buxara oldu. 

 

Adətən, biz gəzmək və istirahət anlayışlarını qarışıq salırıq. Deyim ki, məhz gəzmək, tarixi hiss etmək, uzaq düşmüş qardaşlaırmızla yenidən isnişmək üçün Özbəkistan çox uğurlu ölkədir. Həm keçmiş əzəmətli tarixlə tanış olursan, həm də bu səyahət sənə çox uyğun bir məbləğə başa gəlir.

Özbəklər Azərbaycanı doğma qardaş kimi görür. Bizə qarşı çox səmimi və doğma münasibətləri var. Ölkənin hər addımında, hər kəsində bunu görmək olur. Bu həm rəsmi, həm də xalq münasibətlərində belədir. Sözsüz ki, bunun tarixi kökləri var və bu gün rəsmi səviyyədə də qorunur və inkişaf etdirilir.

Daşkənddən Səmərqəndə gəldik və səhəri və axşamı çox maraqlı hadisə ilə rastlaşdıq. Səmərqənd dəmir yol vağzalında yaxnılaşan taksilərlə bazarlıq edirdim. Biri dedi ki, 100000 suma gedərik, mən də 50000 dedim. Halbuki bu yolu yandexgo ilə 20-30 min suma getmək olardı. Amma Azərbaycan dilini daha yaxşı bilən biri qoluma girib, gəl gedək 10 dollar verərsən. 100000-nin yanında 10 dollar nə idi ki. Amma bir də Azərbaycan dilini babat bildiyi üçün razılaşdıq, səfərimizin mühasibi İnci tez hesab-kitab edib dedi, ata 10 dollar 125 min sum edir. Amma artıq gec idi. Yolda söhbətimiz oldu, sırtıqlığından və bicliyindən ermənidir, deyəsən, düşündüm. Dilimizi hardan bilirsən dedim, iranlıyam dedi. Farssan, ya türk, bir az düşünüb, fars dedi. Nəsə bir az şübhəli qaldım…  Oturan kimi də Zeynəb Xanlarovanı soruşdu, dedi yaşayır,  dedim, narahat olma. Bəxtimizdən Bukingdə sifariş verdiyimiz hotel də işləmirmiş, bağlı idi. Başqa bir hotelə gətirdi, 20-30 minlik yola 150000 sum aldı.

Axşam da evə gələndə bir taksiyə mindik, Azərbaycan deyən kimi, Nahidə Babaşlını soruşdu, dedim, yaxşıdır, sən demə, ikimiz də onu dinləməyi sevirmişik. Enəndə nə qədər elədim qardaş pul götürmədi və dedi ki, olmaz. Güləşdik, bildiyiniz, amma olmadı. Cavan bir oğlan idi, sonda dedi ki, sən də özbək qardaşlara yaxşılıq edərsən, mənim pulum var. Bu cavan oğlanın səmimiyyəti və qarışıq açılan səhəri, xoş təbəssümlə bitirdi.

Beləcə bu gün iki sənətkarımızı müxtəlif formada xatırlamalı olduq: Zeynəb Xanlarova və Nahidə Babaşlı…

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.