Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Torpaqlarımızın azad olduğu qələbə günlərimizdə bir çox mədəni abidələrimiz kimi Ağdam Çörək Muzeyinin bərpası da nəzərdə tutulub.
Ağdamda ilk bərpa olunacaq yerlərdən biri məhz Çörək Muzeyi və digər mədəni abidlərimiz olacaqdır. Bərpa işləri görülərkən də Çörək Muzeyinin hazırkı dağıdılmış vəziyyəti də nümayiş edilməli, Ermənistanın vandallığı Muzeyə gələcək hər kəs tərəfindən görülməlidir.
Ağdam Çörək Muzeyinə aid şəkilləri sizə təqdim etməkdən məmnunluq duyur.
Qısa xatırlatma verək ki, 1983-cü ildə yaradılan, dünyada 4-cü, SSRİ-də ilk olan, unikal gözəllik və zəngin eksponatlara malik Ağdam Çörək Muzeyi Ermənistan silahlı qüvvələrinin hücumları zamanı iki dəfə mərmi zərbəsindən ziyan çəkib. 1992-ci il avqustun 12-də Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfindən güclü raket və artilleriya atəşinə tutulub. Nəticədə raketlərdən biri Çörək Muzeyinə düşüb. Məhz bu mərmi muzeyin mövcudluğuna son qoyub. Yanğını söndürmək cəhdləri səmərəsiz olub. Nəticədə muzeydə 1500-ə qədər eksponat yanıb külə dönüb.
Bəli, düşmən nə qədər insanımızı, mədəni irsimizi, elm və təhsil ocağımızı, iqtisadi rifah mənbələrimizi məhv edib.
Zaman keçdikcə bu yaralar daha dərindən duyulur.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)