Habil Yaşarın romanı müzakirə olunub

 

İyulun 7-də Sabunçu rayon MKS-nin 12  kitabxana filialı Ə. Paşayev adına Mədəniyyət evi ilə birgə Prezident təqaüdçüsü, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının üzvü, gənc yazar Habil Yaşarın “Yeddinci ayın yeddisi” romanının müzakirəsini təşkil etdi. 

Tədbirdə kitabın müəllifi və kitabxananın bir qrup oxucusu da iştirak edirdi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Habil Yaşar məlumat verib. 

“Yedinci ayın yeddisi” müəllifin ilk romanıdır. Əsərin süjet xəttini əbədiyaşar məhəbbət mövzusu təşkil edir. 

Bundan əlavə müəllifin 3 kitabı nəşr olunub.  

Əsəri oxuyan oxucular müəllifə suallar verdilər və əsərdən parçaları səsləndirdilər.

Müzakirə yeni romanın bütün səciyyəvi cəhətlərini və üstünlüklərini ortaya qoymuş oldu.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.