“Azərkitab-Kitab Mərkəzi"nin mətbuat katibi Aysel Kərim Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birlikdə "Tarixi yaşadanlar" adlı layihə həyata keçirməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihədə Aysel Kərimin "Kəpənəyin göz yaşı" və "Bir ovuc yağış" adlı şeirlər kitabları ilə bərabər Leyla xanım Əliyevanın, Xalq yazıçısı Anarın, Çingiz Abdullayevin, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının, Rəşad Məcidin, Varis Yolçuyevin və digər yazarların - bütünlükdə 18 müəllifin kitabları hərbçilərimizə hədiyyə edilərək təbliğ olunur. Layihəyə qatılan yazıçı və şairlər öz kitablarını məmnuniyyətlə layihə üçün bağışlayıblar.
Layihənin açılış mərasimi Cəmşid Naxçıvanski adına hərbi liseyin nəzdində Heydər Əliyev muzeyində keçirilib. Müdafiə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Elvin Əzizov və hərbi liseyin, muzeyin rəhbərlərinin işitakı ilə Aysel Kərimin kurstanlarla görüşü, onlara kitabların təqdimedilmə mərasimi keçirilib. Bu yaxın günlərdə layihənin növbəti tədbiri reallaşacaqdır. Layihə çərçivəsində görkəmli yazıçılarımızla hərbçilərimizin görüşləri keçiriləcəkdir. Hərbi təhsil müəsisələrinə, hərbi hissələrə, orduya, əsgərlərə kitab bağışlanması ilə kitabın təbliği bu layihənin əsas məzmunu olmaqla cəmiyyətdə kitaba marağın artırılmasının prioritetliyini də ortaya qoyur.
Layihə boyunca Qarabağda da çox möhtəşəm tədbirlərin baş tutması gözlənilir.
Qeyd edək ki, bu layihəyə "Nizami Gəncəvi ili"ndə start verilməsi layihənin Böyük Nizaminin 880 illiyinə həsr edilməsi anlamındadır.
Aysel Kərim kitab təbliğatı ilə bağlı diqqətçəkən layihəyə start verib
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/edebiyyat/item/783-aysel-kaerim-kitab-taeblighat-ilae-baghl-diggaetchaekaen-layihaeyae-start-verib#sigProGalleria49d6c51a8e
https://edebiyyatveincesenet.az/az/edebiyyat/item/783-aysel-kaerim-kitab-taeblighat-ilae-baghl-diggaetchaekaen-layihaeyae-start-verib#sigProGalleria49d6c51a8e