Rusiyada, Sibir bölgəsində yaşayan azərbaycanlı şair, Rusiya Yazıçılar İttifaqının üzvü, bir çox mükafatlar laureatı Eldar Əhədov bir müddətdir ki, ana vətəndədir. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdən Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü adını almış şairin Bakı Kitab Mərkəzində keçirilən görüşü xüsusən böyük maraq doğurub.
Eldar Əhədovla görüşdə bütün iştirakçıları xoş sürpriz gözləyirdi: hədiyyə olaraq ədəbiyyatçının onlarla kitablarından birini seçmək. Onlara kitab müəllifin avtoqrafı ilə hədiyyə edilib.
Eldar Əhədov tədbirdə iştirak edənlərə Bakıda - Bayılda keçən uşaqlıq və yeniyetməlik illərindən, Bayılın, Montinin, Suraxanının, eləcə də Kür çayı üzərindəki Ulacalı kəndinin ona nə qədər doğma olduğunu danışıb. Şair vətənlə bağlı bir neçə şeir və esse oxuyub. Həmçinin tədbir zamanı sərt Sibir həyatından, o cümlədən "Odlar Yurdu" xalq rəqs ansamblından bəhs edən bir neçə kiçik videofraqment nümayiş etdirilib.
Eldar Əhədov poeziya ilə sərhədləri şərti edən, xalqları bir-birinə yaxınlaşdıran şairdir. Ona portalımız adından sağlamlıq və bol poetik ilham arzulayırıq.
Rusiyada yaşayan azərbaycanlı şair ana vətəndə bir sıra görüşlər keçirib
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/edebiyyat/item/739-rusiyada-yashayan-azaerbaydzanl-shair-ana-vaetaendae-bir-s-ra-zhoerushlaer-kechirib#sigProGalleria110f3d2603
https://edebiyyatveincesenet.az/az/edebiyyat/item/739-rusiyada-yashayan-azaerbaydzanl-shair-ana-vaetaendae-bir-s-ra-zhoerushlaer-kechirib#sigProGalleria110f3d2603