Bakıdakı Rus Evində Çingiz Abdullayev ilə görüş keçirilib

Bakıdakı Rus Evinin yeni fəaliyyətə başlamış Poeziya klubu bu dəfə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş təşkil eləyib. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, mədəniyyət və təhsil müəssisələrinin, rusiyalı həmvətənlər təşkilatları və gənclər hərəkatının nümayəndələri iştirak ediblər. 

Çingiz Abdullayev qonaqlarla yaradıcılıq təcrübəsini bölüşüb, yazıçılıq fəaliyyətində zəruri olan bacarıqlardan söhbət açıb, öz həyatı və əsərləri barədə sualları cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.