Kitab sərgi-yarmarkasında “Çovdar çörəyi” romanının müəllifi Əlibala Məhərrəmzadənin imza saatı keçirildi Featured


Bu gün VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində  növbəti imza mərasimi “Azərkitab - kitab mərkəzi”nin stendində baş tutdu. Yazıçı və motivasiya spikeri, Azərbaycanın Rəsul Rza mükafatı, Ukraynanın Müqəddəs Georgi ordeni, habelə Rusiyanın Fyodr Dostoyevski medalı laureatı Əlibala Məhərrəmzadə çoxsaylı oxucuları üçün kitablarını imzaladı.
Ötən il işıq üzü görən və ədəbi cameədə olduqca yüksək qiymətləndirilən, Bakı nəşrindən əlavə Moskvada da nəşr olunan və hazırda Özbəkistanda nəşriyyat hesabına çıxmağa hazırlanan “Çovdar çörəyi” dramı, eləcə də Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də çıxaraq böyük oxucu auditoriyası qazanmış “Ev tapşırığı. Uğur düsturunu tapmalı” motivasiya kitabı imzalanan kitablar arasında çoxluq təşkil edirdi.
Yazıçı oxucuları ilə yaradıcılığı ilə bağlı planlarını da bölüşdü, sualları cavablandırdı.
“Kitablarım insanlığın əsaslarını başa düşmək, onu anlamaq üçün bir vasitədir. Onlar daha doğru yaşamağın yolunu göstərir. Əminəm ki, kitablarımda oxucularım çox suallara cavab tapa biləcəklər” deyə yazıçı tədbir zamanı öz yaradıcılıq leytmotivini izah etdi.
Xatırladaq ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işini sabah yekunlaşdıracaq.

Fotolar imza saatının müxtəlif anlarını əks etdirir.
Fotoların müəllifi: Samir Əhədovdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.