ANAİB “Qarabağa kitabla gedirik!” adlı layihə həyata keçirib

 

Xəbər verdiyimiz kimi, uik-end günlərində Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşəbbüsü ilə Heydər Əliyev adına park-bulvarda “Qarabağa kitabla gedirik!” adlı tədbir təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, olduqca maraqlı keçən tədbir çərçivəsində ANAİB “I Bilik kitab sərgisi” adlı kitab yarmarkası təqdim edib.

Və tədbirin də bədii hissəsini Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami Rayon Mədəniyyət Mərkəzi hazırlayıb. Tanınmış yazıçılar və şairlərin imza saatları, poeziya dəqiqələri və gənc müğənnilərin ifasında canlı musiqilər ifa olunub. Həmçinin “Aysel” və “Azad” rəqs qrupları rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.

Ən əsası, kitabsevərlər endirimli qiymətlərlə kitab əldə edə biliblər. 

Qeyd edək ki, layihənin ideya müəllifi ANAİB-in sədri Şəmil Sadiqdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.