Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Özbəkistan Respublikasından Azərbaycana qonaq gəlmiş şair, tərcüməçi, Daşkənd İnsan Hüquqları İnstitutunun direktoru Gülzira xanım Şaripova ilə yazıçı və şairlərin görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB sədri, xalq yazıçısı Anar Gülzira Şaripovanı AYB-nin fəxri üzvlüyünə qəbul edilməsi münasibətilə təbrik edib.
Tədbirdə yazıçı-publisist Nazim Əhmədli AYB-nin fəxri üzvülük vəsiqəsini Gülzira xanıma təqdim edib.
Gülzira xanımı yazıçı və şair dostları ürəkdən təbrik edərək yaradıcılığında uğurlar arzulayıblar.